10 yazıçımızdan 1 kitab – Yeni nəşr

10 yazıçımızdan 1 kitab   – Yeni nəşr

01 Fevral 2022 10:11 683


Tənqidçi Mehman Qaraxanoğlunun esselər kitabı işıq üzü görüb.

YeniYaz.az xəbər verir ki, kitaba 10 azərbaycanlı yazıçıdan 18 esse daxil edilib.

Kitabda bəhs olunan müəlliflər aşağıdakılardır: Kamal Abdulla, Mübariz Örən, Şərif Ağayar, Ataqam, Rasim Qaraca, Sərdar Amin, Ömər Xəyyam, Ayxan Ayvaz, Həmid Piriyev və Əli Babazadə.

Müəllif kitabda mətnlərə Azərbaycan ədəbiyyatşünaslığında az rast gəlinən hermenevtik metodla - diskursu təfsir və şərh yolu ilə yaxınlaşır, özünəməxsus, fərqli hissi-analitik təhlillər ortaya qoyur.

Kitab “Mücrü” nəşriyyatında çap olunub.

Ön sözün müəllifi Şərif Ağayardır.