Azərbaycan müəllifləri Hindistanda - Memorandum imzalandı

Azərbaycan müəllifləri Hindistanda   - Memorandum imzalandı

23 Yanvar 2023 10:55 410


Ötən həftə “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Hindistanın Çennai şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edib.

Sərgiyə Tamil Nadunun baş naziri də qatılıb və ikitərəfli memorandumların imzalanmasına xeyir-dua verib.

Şahbaz bəy sərgi ilə bağlı bunları söyləyib: “Azərbaycanın təmsilçisi kimi ikitərəfli 30 memorandum imzaladım. 15 kitab bizim dildən tamilcəyə, 15 kitab isə tamilcədən bizim dilə tərcümə edilməlidir”.

Təqdim olunan Azərbaycan müəlliflər arasında İlkin Rüstəmzadə, Rəşad Səfər, Şamxal Həsənov, Pərviz Cəbrayıl, Şərif Ağayar, Rasim Qaraca, Məqsəd Nur və Seymur Baycan vardır.

İmzalanan memorandumlar sərginin Xüsusi Komitəsi tərəfindən dəyərləndiriləndən sonra tamilcə nəşrinə dəstək veriləcəkdir.