Bilməm, niyə getdin... - Günün şeiri

Bilməm, niyə getdin...   - Günün şeiri

24 Oktyabr 2022 10:26 243


Bu gün görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğum gündür. YeniYaz.Az bu münasibətlə şairin “Gəldin də, niçin pəmbə buludlar kimi axdın” misrası ilə başlanan şeirini təqdim edir.

Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.

Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?