Gənc yazar “Sovetski”dən roman yazdı

Gənc yazar “Sovetski”dən  roman yazdı

17 İyun 2022 16:23 200


Yazıçı Cavid Ramazanovun ilk romanı və ikinci kitabı çapdan çıxıb.

"Amanabənd" romanı Azərbaycanda müstəqillikdən sonrakı dövrü əhatə edir. Hadisələr əsas etibarilə Bakının mərkəzindəki "Sovetski" adlanan ərazidə baş verir.

Qəhrəman "Sovetski"də doğulur, "Sovetski"də sevir və sonda yaşadığı məhəllənin sökülməsiylə oranı tərk etmək məcburiyyətində qalır.

Romanın adı məkanın mahiyyətini və qəhrəmanların psixologiyasını ehtiva edir. Baş qəhrəmanın sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ hər an qırıla bilər. "Sovetski" məkan olaraq amanabənddir, hər an sökülə bilər. Həmçinin digər qəhrəmanlar da amanabənd həyatlar yaşayırlar. Münasibətlərdə qopuqluq, insan və məkan arasında qopuqluq, indi və keçmiş arasında qopuqluq romanın ümumi konsepsiyasını təşkil edir.

250 səhifədən ibarət roman yaxın günlərdə satışda olacaq.

Qeyd edək ki, Cavid Ramazanovun bundan əvvəlki kitabı - "Yol" hekayələr toplusu 2018-ci ildə nəşr edilmişdi.