“M Teatr” növbəti tamaşasını təqdim edəcək - Foto

“M Teatr” növbəti tamaşasını təqdim edəcək   - Foto

23 İyun 2022 10:58 246


“M Teatr”da “Bir gecənin nağılı” adlı təqdim olunacaq.

Tamaşanın nümayişi 25-26 iyun tarixlərində saat 18-də baş tutacaq.

Tamaşada gənc bir qız sevmədiyi biri ilə nişanlanmaq istəmədiyi üçün evdən qaçır. Gecə gənc qız parkda anasının sözündən heç bir halda çıxmayan bir oğlanla qarşılaşır. Bu təsadüfi görüş onların hər ikisinin həyatını dəyişir.

Tamaşada aktyorlar Ziya Ağa və Günay Əhməd rol alacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Vidadi Həsənov, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Tamaşanın plastik həlli Elnur İsmayılova məxsusdur.

Xatırladaq ki, “M Teatr” Tbilisi prospekti, 76-da – “Qanun” Nəşrlər Evinin binasında yerləşir.