Bu gündən Bakının Nərimanov parkında yaz sərgisi başlayır. 
“Qanun” Nəşrlər Evinin təşkil etdiyi sərgidə müxtəlif adda və mövzuda, müxtəlif yaş həddinə uyğun  kitabları xüsusi endirimlə əldə etmək mümkün olacaq.
Sərgi mayın 5-nə qədər hər gün 10.00-dan 20.00-a qədər fəaliyyət göstərəcək. 
Sərgi çərçivəsində müəlliflərin imza günləri də nəzərdə tutulur.