Niyazi Mehdinin yeni kitabı çıxdı - Foto

Niyazi Mehdinin yeni kitabı çıxdı   - Foto

17 İyun 2022 09:11 214


Filosof Niyazi Mehdinin “Özümdən diddiklərim” adlı yeni kitabı çap olunub.

“Qanun” Nəşrlər Evində çap olunan kitab sayca Niyazi müəllimin 38-ci kitabıdır.

Bundan əvvəl onun “Fəlsəfədən diddiklərim” əsəri çap olunmuşdu. Bu seriyada o, dünya fəlsəfəsindən dəyərli düşüncələri və deyimləri toplamışdı.

“Özümdən diddiklərim”də isə 40 illik bir zaman ərzində müxtəlif məqalələrdə, kitablarda irəli sürdüyü yeni ideyalar, düşüncələr yer alıb.