Nobelli yazarın esseləri Azərbaycan dilində - Foto

Nobelli yazarın esseləri Azərbaycan dilində   - Foto

19 Avqust 2022 14:08 236


Nobel mükafatçısı Varqas Lyosanın “İmkansızın cazibəsi” adlı esselər kitabı Azərbaycan dilində işıq üzü görüb.

“Qanun” Nəşrlər Evində çap olunan “Ustad dərsləri”nin tərcüməçisi tanınmış yazar-ədəbiyyatşünas Qismət Rüstəmovdur.

Ədəbiyyat olmasaydı, dünya necə bir yer olardı? Ədəbiyyat insanlara həyatla bağlı nəsə öyrədirmi? Təhsilin çöküşü, mədəniyyətin və ədəbiyyatın geri plana düşməsi hansı nəticələri doğura bilər? Bütün bu suallara ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Lyosa müxtəlif illərdə dərc olunmuş esseləri ilə cavab verir.

Həmin esselərdən seçmələr əsasında tərtib olunan bu kitabda XX əsrin ən yaxşı 25 romanı haqqında yazılar da var. Müəllif kitabda Nabokov, Kortasar və Borxes kimi görkəmli yazıçıların əsərlərini, ədəbiyyata və dünyaya baxışlarını şərh edir.