“Ovod” romanının davamı çap olundu - Foto

“Ovod” romanının davamı çap olundu   - Foto

25 İyul 2022 09:04 305


Etel Lilian Voyniçin “Qırılmış dostluq” romanı çap olunub.

“Qanun” Nəşrlər Evində işıq üzü görən kitabın tərcüməçisi Hökümə Həbibovadır.

Romanda müəllif öz sevimli qəhrəmanına yenidən qayıdır. O, dünyaca məşhur “Ovod” romanında Cənubi Amerika sərgüzəştlərindən qısaca bəhs etmişdi. On üç il sonra eyni mövzunu ətraflı işləyir. İtaliyada ölümdən xilas olan Ovod başqa adla bu materikə qaçır. Orada əzilən xalqların azadlıq mübarizəsinə qoşulur. Sevdiyi hər kəsdən xəyanət görən qəhrəman intihara meyllidir. Hissləri xeyli korşalıb. Amma yenə də dostlarını sevə, düşmənlərinə nifrət edə bilir. Onun həyatı yalnız başqa insanların azadlığı və xoşbəxtliyi uğrunda mübarizədən ibarətdir.

Böyük oxucu sevgisi qazanan romanın enerji ilə aşıb-daşan Azərbaycan gəncliyi üçün də maraqlı olacağı şübhəsizdir.