“Qanun” nəşriyyatında işgüzar görüş keçirilib - Foto

“Qanun” nəşriyyatında işgüzar görüş keçirilib   - Foto

20 İyul 2022 17:07 232


Bu həftə “Qanun” Nəşrlər Evinin akt zalında işgüzar görüş keçirilib.

Nəşriyyatın əməkdaşlıq etdiyi tərcüməçi, redaktor və korrektor heyətinin qatıldığı tədbiri “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu açıb.

O, nəşr olunan kitabların keyfiyyətinin artırılması və diqqət çəkən qüsurların aradan qaldırılması perspektivlərinin müzakirəsi üçün tədbir iştirakçılarına söz verib.

Çıxışçılar konkret və ümumi faktlarla öz fikir və təkliflərini bildiriblər.

Sonda hər üç aydan bir bu cür toplantı-müzakirələrin keçirilməsi qərara alınıb.