Ramil Əhmədin imza günü olacaq - Foto

Ramil Əhmədin imza günü olacaq  - Foto

23 İyun 2022 10:47 248


İyunun 25-i saat 17-də şair, esseist Ramil Əhmədin "Abşeron yarımadamı" adlı şeirlər kitabının imza günü keçiriləcək.

Təqdimat “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında yerləşən Libraff mağazasında keçiriləcək.

Xatırladaq ki, "Abşeron yarımadamı" "Parlaq İmzalar" nəşriyyatında nəşr edilib.

Kitabın redaktoru Aqşin Yeniseydir.

Qeyd edək ki, "Abşeron yarımadamı" müəllifin sayca beşinci kitabıdır.

Bundan əvvəl onun "Zaman tuneli" (2015), "İki şəhərin yazıları" (2018), "Orxan Pamukun evində" (2021) və "Nizami Gəncəvinin poetik portreti" (2021) kitabları işıq üzü görüb.