Rəbiqədən yeni şeirlər kitabı - Son üç ilin məhsulu

Rəbiqədən yeni şeirlər kitabı  - Son üç ilin məhsulu

08 Dekabr 2022 11:32 270


Tanınmış şair Rəbiqənin yeni şeirlər kitabı işıq üzü görüb.

“Qanun” Nəşrlər Evində çap olunan kitab “Vaxtı öpmək” adlanır.

Kitaba müəllifin son üç ildə qələmə aldığı yüzə yaxın şeir daxil olub.

Şeirlərin çoxu sevgi mövzusundadır.

“Vaxtı öpmək” yaxın günlərdə oxuculara təqdim olunacaq.

Kitabı “Qanun” Nəşrlər Evindən və “Əli və Nino” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.