Rejissorumuz Türkiyədə qalib oldu

Rejissorumuz Türkiyədə qalib oldu

27 İyun 2022 14:19 41


Azərbaycanlı rejissor Hilal Baydarovun "Balıqlara xütbә" filmi TRT tәrәfindәn keçirilәn "12 punto" yarışmasında qaliblәrdәn biri olub.

Bu barədə TRT “12 punto”nun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verib.

Film "Beynәlxalq ortaq istehsal" mükafatına layiq görülüb.

Xatırladaq ki, bu yarışmada hәm Türkiyә daxilindәn, hәm dә beynәlxalq film layihәlәri, ssenarilәr qәbul edilib.

Fәrqlәnәn filmlәrә müxtәlif mükafatlar verilir.

Keçən il rejissor Elçin Musaoğlunun "Mәryәm" filmi dә bu yarışmada mükafat qazanmışdı.