Sabah Milli Kitab Sərgisinə start verilir - Nələr olacaq?

Sabah Milli Kitab Sərgisinə start verilir   - Nələr olacaq?

26 Sentyabr 2022 11:35 122



Sentyabrın 27-si saat 13-də Bakı İdman Sarayında 4-cü Milli Kitab Sərgisinin açılış mərasimi olacaq.

Açılışın ardınca qazi şair, yazıçı və jurnalistlərlə görüş keçiriləcək.

Bundan əlavə həmin gün yazıçı Varis və şair Rüstəm Behrudi ilə görüş nəzərdə tutulub.

Axşam isə gənc şairlər Elşən Mehdi, Rəşad Nağı Mustafa, Elvin Paşa və Pərviz Arifin iştirakı ilə poeziya axşamı təşkil olunacaq.

Növbəti günlərdə tanınmış ədəbiyyat və sənət adamlarından Əkrəm Əylisli, Cavanşir Quliyev, Çingiz Abdullayev, Niyazi Mehdi, Aydın Talıbzadə, Rəhman Bədəlov, Cavanşir Yusifli, Aqşin Yenisey, Səlim Babullaoğlu və başqaları ilə görüşlər, imza günləri, müxtəlif mövzuları əhatə edən panellər, müzakirələr, poeziya gecələri nəzərdə tutulur.

Sərginin proqramı haqda mütəmadi məlumat veriləcəkdir.

Xatırladaq ki, müstəqil nəşriyyatların birlikdə keçirdiyi sərgi-yarmarkada hər cür kitabı 30 faizə qədər endirimlə əldə etmək mümkün olacaq.