Seymur Baycandan "Səviyyəsiz hekayələr" - Yeni Nəşr

Seymur Baycandan "Səviyyəsiz hekayələr"   - Yeni Nəşr

03 Noyabr 2023 13:22 398


Yazıçı Seymur Baycanın "Səviyyəsiz hekayələr" adlı yeni kitabı nəşr olunub.

YeniYaz.Az xəbər verir ki, kitabda yazıçının yeni hekayələri toplanıb.

"Qanun" nəşriyyatında çap olunan kitabın başlıca xüsusiyyəti sosial həyat, təbiət və insan münasibətlərinin realist, ifrat minimalizm üslubunda qələmə alınmasıdır.

Kitabdakı hekayələr oxucuya həddən ziyadə lakonik dillə, adi detallarla həyatın tərs üzünü göstərir. Burada qəhrəmanlar çarəsizdir, ilk baxışdan çıxış yollarını tapa bilmirlər.

Amma sonda ən çətin situasiyalardan da sadə və bəzən sərt üsullarla çıxmağı bacarırlar.