Tənqidçi AYB-dən istefa verdi - Qurultaya görə

Tənqidçi AYB-dən istefa verdi   - Qurultaya görə

27 Oktyabr 2022 11:36 1097


Tanınmış tənqidçi Mehman Qaraxanoğlu Azərbaycan Yazıçılar Birliyinə üzvlükdən imtina edib.

YeniYaz.Az xəbər verir ki, o bu addımını özünün feysbuk profilində belə əsaslandırıb:

“Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında rəzilliklər, ləçərliklər, simasızlıqlar, avtoritar oyunbazlıqlar, planlaşdırılmış maskaradlar, ədəbi diktatura yaratmaq çabaları, demokratik fikirli istedadlara qarşı gizli sövdələşmələr proletar təfəkkürünə amansız qayıdışı və milli-tarixi yaddaşın qəddarlıqla qapadılmasını səciyyələndirən əsas cəhədlər idi.

Yazıçı şərəfinin necə əzabla can verdiyini görmək dəhşətdir...

Bütün bunlara etiraz olaraq qurumun üzvlüyündən imtina edirəm”.