VI Milli Kitab Sərgisi başa şatdı

VI Milli Kitab Sərgisi başa şatdı

13 May 2024 12:24 134


09-12 may 2024-cü il tarixlərində Sumqayıtdakı Əli Kərim adına Poeziya Evində VI Milli Kitab Sərgisi baş tutdu.

Ölkə nəşriyyatlarının, kitab satış mərkəzlərinin, yazarların, naşirlərin, kitabsevərlərin, şəhər ictimaiyyətinin qatıldığı bu möhtəşəm kitab bayramı xoş xatirələrlə yadda qaldı.

Sumqayıtlılar kitaba olan sevgilərini ən gözəl şəkildə nümayiş etdirdilər.

Şəhər öz qonaqpərvərliyi və səmimiyyəti ilə bizi qarşıladı və sevgi ilə də yola saldı.

Tədbir çərçivəsində çoxsaylı görüşlər, təqdimatlar, imza günləriŞ musiqi proqramları, saz-söz axşamları keçirildi, mini tamaşalar nümayiş olundu, rəqs qrupları çıxış etdi.

Oxucular xüsusi fəallığı ilə seçildi.

Yeni sərgilərdə görüşənədək.