Yazıçı Rəşad Səfərin yeni romanı nəşr olundu

Yazıçı Rəşad Səfərin yeni romanı nəşr olundu

02 Avqust 2022 13:08 363


Yazıçı Rəşad Səfərin növbəti kitabı nəşr olunub.

“Keçilərin nəğmələri” adlı roman iki fərqli insanın - otuz beş yaşında memuar yazmağa çalışan yazıçının və onun düşüncələrini yönləndirib öz hekayəsini önə çıxarmağa çalışan keçmiş müstəntiqin fərqli dünyalarından bəhs edir.

Ölümdən qorxan təcrübəsiz yazıçının duyğuları həyatı ölümlər içərisində keçmiş yaşlı müstəntiq üçün o qədər də ciddi deyil. Amma onun da öz hekayəsini başqalarına çatdırmaq üçün yazıçıya ehtiyacı var. İki fərqli dünya bu nöqtədə birləşərək vahid dünyaya – hamımızın tanıdığı, ölümlərin, xəstəliklərin, sevgilərin, ayrılıqların, xəyalların, gerçəkliklərin və nəhayət, sənətin olduğu dünyaya çevrilir. Romandakı hadisələr müxtəlif zamanlarda və fərqli məkanlarda baş verir.

Roman “Qanun” Nəşrlər Evində çap edilib.

Kitabı şəhərin əksər kitab mağazalarından əldə etmək mümkündür.

“Keçilərin nəğmələri” Rəşad Səfərin ikinci kitabıdır.

“Adalar və gəmilər” adlı ilk kitabı 2018-ci ildə nəşr olunub.