Orxan Səməd
MIZILTILAR
A – Z
Axşamlar asta-asta alışıram avanqard ahımla.
Bərələrək baxıram bacaqlarına.
Ceyranımsan, cüyürümsən, centlmeninəm, cırtdanınam.
Çim-çimdən çıxıb Çin çəkələklərlə çarpışırsan.
Dodaqlarım dabanlarına, dalına daraşır.
Ehtirasli eqoistsən, ey eşqim.
Əbədiyyən əsgərəm ədabazlığına.
Fasonun, forman fəlsəfi fərasətimi faşlaşdırır.
Geniş gündəyməzin gizli gözəlliklə gülür.
Həyatın həqiqi hikməti hırıldamaqdır.
Xalaşkamsan, xuliqan xiyarım xəzinəndə xumarlanır.
İri ilan iynələyir içini. Jarqonla jonqlyorluq.
Kükrəyən keçəlimin kamına keçmisən.
Qurbandır qulaqlarına, qarnına, qıçına qüssəli qurbağa qeyrəti.
Libassızsan, lütsən, ləzzətlidir ləblərin.
Məməşlərin mükəmməl, möhtəşəm, məlahətli.
Nəfsə nökərdir nəğməm.
Odekolonlu of-ofun odlandırır ortamdakı ocağı.
Örüşünü öpə-öpə ölərəm.
Patentli partnyorumsan, pinti pərəstişkarınam.
Rahiyən ruhumu riqqətləndirir.
Seks sirdir, sevgi – sənət.
Şərəfli şəxsiyyətinə şükür, şişirt şarlarımı, şənlən, şaşırt!!!
Tıxayıram taxtamı tonqalına.
Ula ultrasəslə uzaq ulduzlara.
Ürkək ümüdlər ürəkdə üzülməsin.
Vəhşicəsinə vurğunam vətərlərinə.
Yenə yanır yunlu yumurtalarım.
Zinakarıq, zərrini-zülfüm.
***
Bahar
Ah bahar
Aha, deməli belə
Nə baha?
Qalmısan baxa-baxa
Qulaq kəsib Baxa
Qulaq kəsib Van Qoqa
Yenə verirsən hoqqa
Toba-toba
Çiçəklənib el-oba
Hər şey gözəldir, bomba!
***
Bu yay da ötdü
Arxada qalan götdü
Dərimiz pörtdü
Onu tər örtdü
Həri
Fırlanır fəsillər təkəri
Gəlib payız
Gələcək qış da
Gecələr uzun
Gecələr iri
Təki qalaq diri
Təki qalaq sağ
Təki qalaq sol
Yaxşı yol
***
Yağışşş
Yavaşşş-yavaşşş
İslanır hər qarışşş
Əyninə gey manto
Dinlə köhnə mahnıları
Qoy oxusun Barışşş Manço
Arkadaşşşım eşşşək
***
İnsan
Asi
İsa
Sia
I believe in a higher power
and it's called Whatever Dude
***
Kağız
Qələm
Ağız
Ələm
Vergül
Heca
Bülbül
Sərçə
Kəlmə
Sözcük
Cəh-cəh
Cik-cik
***
Azadlıq!!!
Azadlıq!!!
Azadlıq!!!
Adlıq
Yiyəlik
Yönlük
Təsirlik
Yerlik
Çıxışlıq
Çıxış edir Azad Yaşar
***
İdi
Yoxdur
Adidən də adi
Bəs adı?
Çıxmır səs
Bircə anın içində
Əlqərəz
Müxtəsər
Xülasə
Rəhmət olsun o kəsə
***
Axirət alınır?
Tarixi bilinir?
Təxirə salınıb
***
Sən bir Məcnun, mən bir Leyli,
Bir az səndən gileyli.
Salmısan mənə meyli,
Üç gündü çıxara bilmirəm.