Hürr eşq - Yeni şeir

Hürr eşq   - Yeni şeir

10 Yanvar 2022 15:13 436


Hürr eşq

Ramil Əliyev

Yaratdı adəmiyyət xaliqülbəşər
Dedi: yamandır faruqanə! Bu ədalətpərvər
Bəzisi badəxor, bəzisi mömin, vər
Bəzisi ibriz tək Babili əsgər

Elə ki, var oldu bu xaliqiyyət
Dedi: yalnız mənəm tək vacibütaət
Ey insanlar, eşidin, budur ki, vəziyyət
Olmayın mənim tək nahəqq mükəvvin
Olmayın mənim tək fasid düzənbaz
Əməlin bədəli var, düşün o vəhlə
Qoyaram səni tək cəhənnəm ilə
Get ey müxatəb, bu sınaq meydanı
Bu dua təvafgahı, bu günah zalı
Unutma mənəm tək vaqifüləsrar
Yaratdım qadını sənə pərəstar

Eşitcək bu əmri übus olmuş mən
Vəlvələ hissilə neyləyimki mən?
Bu əbdal hüznülə lalərəngçi mən
Oldum gahu bigah sorğulanan mən

Nadan, nacins qaldım kaffei xəlq içində
Rahzən tək gedirəm palan rahilə
Üzrmənd olan mən, cahid olan mən
Camxüram olmuşam ümman içində

Üsyanım var üsyankar üsurlara
Şəhim var, üftanü-xizam çatım ulduzlara
Ülyalar ülyası xalüqilinsan
Ömrümdən gün gedir, qabü qövseyn

O vəhlə gördüm bir ibrətnüma Adəm
İbrətən ibrətbəxş ibri bir Adəm
Hacib tək, hadi tək ibranla Adəm
Bu dair dünyama ol əali ehkam
Sufiyəm, bərgüzaram
Vəcdi şəəf anında vəc etdi cənan
Dedim ey mühəssən, ol faligülbal
Ülvi tək şadkamam, düşünmə əbdal
Bu bihəd vəradır həvavü həvəs
Yaşadım bunca yıl fakirlik əbəs
Vüslətə qovuşma falic bir ehsan
Vücudeyn vəhbimiz olubdur şadan
Çarəgər oldun sən, o insaniyyət
Bilməyir hələ də mövcudi şövkət
Nəfəsin, əbirin ənfəsdir fəqət,
Fahiş bir şövqü-eşq deyildir şafi.
Gəl gedək,
Gəl gedək ey canan bu aidiyyət
Göstərir cihana hürr adəmiyyət
Tapdıq biz kafuru, olsa da əziyyət
Deyildir bədiman, deyildir dəhşət
Tapdım mən, tapdım mən ən düzgün niyyət
Eşidin, görün ay avam millət
Udubdur sizi tam bu qara zülmət
Eşidin, duyun ay qəddar millət
Gətirir sonunu bu bəd cahiliyyət

Gör cihanı
Bura ki, vərdi cinan, vərdi həmra
Bura ki, mövtəndir saf vüsallara
Əməlin bədəli var, düşün o vəhlə
Əməlin can versin pak sevgin ilə.
Sən özün afərsən, sən özün eşqsən
Aldanma, yalançı bir vəhhabdır o
Yandırar taəbəd cəhənnəm ilə.

Elə ki, daddım mən bu nuşin eşqdən
Anladım, eşq mənəm ən dərin sirrdən
Getmədim hüzura, göndərdim vafid
O nikbin, o nifrin, mən Allah şahid
Dedi ey lalərəng, sənsən ki vahid
Günahlar içində olmusan zahid
Qaçaraq ulduza yetişən zaman
Düm ağlar içində anladım o an:
Mənəm mən
Ən böyük Hafizikəlam.

Qeyd: Şeir Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı dərsləri laboratoriyası” layihəsi çərçivəsində yazılıb