Yeniyaz.az
Xəbər
Nəsr
Şeir
Digər yazılar
Yazarlar
“Rəng mühəndisi”ndən Dostoyevskiyə
- Pərvanə Əliqızı yazır
Əkrəmvari
- Vüqar Van yazır...
Salam Sarvanın 60 yaşına
- Şərif Aağayar yazır...
Xəbər
Nəsr
Şeir
Digər yazılar
Yazarlar
Elə istəyirəm ki...
- Günün şeiri
19 Martt 2024 10:01
466
Novruz sayıqlamaları
Elvin Bakiroğlu
Bu bayram keçdi sənsiz,
Keçdi bu bayram belə.
Novruz bahar gətirdi,
Gül açdı yaram belə.
Axışdı kəpənəklər
Yaza müştəri kimi.
Göyərdi səmənilər
Yaramın yeri kimi.
Səndən xəbər də yoxdu,
Gətirməyib qaranquş.
Sənsiz qaranquşun da
Yazdan xəbəri yoxmuş.
Bir tonqal qalamısan
İçimdə, gəl görəsən.
Bəlkə özün tullanıb
Xeyir-dua verəsən.
Qalmışam bir kosayla
Bir keçəlin əlində.
İki can arasında,
Bir əcəlin əlində.
Süfrəmdə yeddi nemət
Çatışmır səkkizinci.
Sevincimin ürəyi,
Ürəyimin sevinci.
Gözlərinin qarasın
Axtarıram aşımda.
Rəngli yumurtaları
Qırıram öz başımda.
Ümid varsa, qapıya
Papaq atmaq çox asan.
Elə istəyirəm ki,
Papaqdan sən çıxasan…
Paylaş
Xəbər
“Rəng mühəndisi”ndən Dostoyevskiyə
- Pərvanə Əliqızı yazır
“Mühasirə” epopeyası haqqında
- Seymur Baycan yazır...
Sənətkar və repressiya mühiti
- Muxtar Kazımoğlu yazır...
Aqil Abbasın qorxusundan yazdığım yazı
“Rəng Mühəndisi” romanında istehza və dekonstruksiyası
- Norveçdə çıxan məqalə
Əkrəmvari
- Vüqar Van yazır...
Ədəbiyyatın gizli coğrafiyası:
“La Qarp - 75”
Orxan Həsəninin yeni hekayəsi:
Ekskursiya
Əli Kərim şeiri
- Cavanşir Yusifli yazır...
Vüqar Əmrahın hekayəsi:
La qarp -75
Yazarlar
Ovudulmaz ağrılar aşiqi
- Afaq Məsud
Çexov niyə roman yazmadı?
- Xaləddin İbrahimli
Nənəyə məktub
- Məqsəd Nur
Zəhranın xatirəsinə
- Günel Mövlud
Virtual boşluqlar
- Cavanşir Yusifli