Gənc yazardan ilk hekayələr kitabı

Gənc yazardan ilk hekayələr kitabı

12 İyun 2024 13:40 166


Gənc yazıçı Əli Zərbəlinin ilk kitabı çapdan çıxıb.

YeniYaz.Az xəbər verir ki, “Hər şey dəyişəndə” adlı kitabda müəllifin ən yeni hekayələri toplanılıb.

“Qanun” Nəşrlər Evində “Müəllifin ilk kitabı” layihəsi çərçivəsinsə çap olunan kitabın redaktoru Redaktoru Vüqar Vandır.

Hekayələr toplusunun müxtəlif dillərə tərcüməsi nəzərdə tutulur.

Qeyd edək ki, Əli Zərbəli 1996-cı ildə Siyəzəndə anadan olub.

Hazırda Budapeşt Texnologiya və İqtisadiyyat universitetində doktorantura təhsili alır.

Son illərdir hekayə və esseləri müxtəlif mətbuat orqanlarında işıq üzü görüb. Onun yaradıcılıq nümunələri yerli ədəbiyyat portalları ilə yanaşı, “New World Writing”, “Lumiere Review”, “Gone Lawn” və digər amerikan ədəbiyyat platformalarında da yayımlanıb.