Harda gedir razborka? / Kimi göndərim morqa? - Portretlər

Harda gedir razborka? / Kimi göndərim morqa?   - Portretlər

18 Oktyabr 2023 12:21 338


Nihad Fəlsəfeh

PORTRETLƏR

Samir Salahov üçün

DÖNƏRÇİ

Çəkirəm dərin nərə,
Gəlin, gəlin dönərə.
Svejidir mənim ətim,
Şəhərdə var hörmətim.
Çörəkdə və lavaşda,
Kömək edir savaşda.
Toyuq da var, ət də var,
İsti-isti gəl apar.
Yanında var ayranı,
Doyurar fəhlə qarnı.
Yanında var kolası,
Sanki gözəl balası.
Mayonezi də bol-bol,
Vur bədənə, güclü ol,
Qolunda olsun qüvvət.
Toyuq verim? Yoxsa ət?

QAQLİ

Malakan, can Malakan,
Nə gözəldir bu məkan,
Bizlərə verir təkan.
Edirik dvijeniya,
Bizimdir palajenya.

Sinəyə düşür çolka,
Qolumuzda nakolka,
Gözləyəcək butulka
Bizə çaşan hər kəsi,
Səslənəcək naləsi.

Cibimdə yatır bıçaq,
Sancaram götə, qıça,
Qoymaram peysər qaça.
Yetka, ara uşağı
Sevməz üzdənirağı.

Ayağımda makasin,
Yoğun səslənir səsim.
Harda gedir razborka?
Kimi göndərim morqa?

Əynimdəsə cırıq cins,
Cındırımdan hürkür cin.
Avarayam, avara,
Baş kəsərəm mən spora.

ŞAİR

Adımı qoydum şair,
Yazıram eşqə dair,
Və ilaxır və sair.
Kitabımı alan yox,
Qarnım acdır, deyil tox.

Gərək başqa yol tapım,
Açım başqa bir qapı,
Şeir yazım qəbr üstə,
Pul alım dəstə-dəstə.

Meyitdə var babat pul.
Hasil etdiyim məhsul
Xoş getsə qohumlara
Başımdan yağar para.

Şair,
Ölüyə tərif oxu,
De ki, həyat bir yuxu,
Göylərə uçub ruhu,
Baxır xoş təbəssümlə.
Təsəlli ver sözünlə.

BƏRBƏR

Vardı gözəl sənətim,
Qırxıram saqqal və baş,
Sapla düzəldirəm qaş,
Boldur tükdən millətim.
Haraya qaçırsan qaç
Sənlə birgə tük və saç.

Düzəldirəm bakenbard,
Səslənir qayçım xart-xart.
Lipuçka var qulağa.
Tüklər durur farağat,
Tabedirlər darağa.

Olsan da sən lap çoşka,
Kəsərəm sənə çolka,
Yaradaram priçoska,
Boynuva vuraram kant,
Kəkilə bağlaram bant.

Gərək olmayım axmaq –
Yumurtadan yun qırxmaq –
Bax bunu da öyrənim,
Qıllara olum qənim.

KÜÇƏ MUSİQİÇİSİ

Bütün günü keçiddə
Mələyirəm keçitək.
Əlimdə var gitara,
Qəlbimdə dərin yara.
Atın papağa para.

Atın papağa qəpik.
Gitaramda var deşik.
Bəli, simlərim nazik,
Amma səsim yoğundu,
Həm də bir az yorğundu.
Görkəmimsə romantik.

Şaxta vurur əlimi,
Yel qurudur tərimi,
Nəğmələrim səmimi:
Nəhnü-nunay-nəhnü-nü.
Unutmayın bu ritmi.

FALÇI

Özümə dedim falçı,
Rədd elədim utancı,
Utancı və inancı,
Oldum əsl yalançı.

Söylə, söylə adını,
Çıxarım tez cadunu,
Bağlı bəxtini açım,
İsmətli və pak bacım.

Oxşamayır bu yada,
Görürəm, qohum adam
Ötürüb sənə qada,
Üstünə cin göndərib.
Bəs necə? Həri, həri.
Tilsimləri qıraram,
Döndərrəm cini geri.

Sənə verirəm bir şam,
Yandır onu hər axşam.
Kağızda yazdım dua,
Yandır, külu qat suya.
O sudan iç, suda çim,
Yaxın durmaz sənə cin,
Qapına gələr elçi.

Qulluğunda həmişə
Hazıram lüboy işə.
Bax bu bankaya işə,
Səpələ künc-bucağa –
Tez qalarsan uşağa.

KAÇOK

Çox sevirəm mən məşqi,
Şişirdirəm məməşi,
Enlədirəm kürəyi,
Bərk döyünür ürəyim.
Tez-tez yeyirəm banan.
Toyuqla qarabaşaq
Bişirir mənə anam.
Günüm keçir şən, şaqraq.
Proteindən bol içib,
Dam-dar köynək geyinib
Gedirəm Gənclik mola.
Bədənim sanki polad.
Baxır xanımlar, qızlar,
Alışıb-yanır gözlər.
Şalvarda şişir qozlar.
Onlar da olur kaçat,
Təki verməsinlər çat.

MÜRDƏŞİR

Keç içəri, gəl bəri.
Yuyuram meyitləri.
Nədir, qorxursan, bala?
Hər kəs düşməzdən yola
Bu qapıdan keçəcək,
Hər kəsi gözlər əcəl.
Əlimə geynib əlcək
Paklayıram bədəni,
Batırmasın kəfəni.
Meyit var ki, başı yox,
Meyit var ki, teyxa pox,
Meyit var ki, amarıq,
Sümükləri qabarıq.
Meyit də var milyonçu,
Vaxtilə olub qoçu,
İndisə qəbrə yolçu.
Bədən heçdir, sıfırdır,
Paltardır, əski, cındır.
Versən də ona bəzək
Axırı olur təzək.
Biz hamımız öləri,
Unutmayaq göyləri.

BOMJ

Yoxdur evim-eşiyim,
Amma vardı yeşiyim,
Bir də bala pişiyim.
Yediyim konservlərdən
Verirəm ona hərdən.
Pişik mənə yalmanır,
Sanki hər şeyi qanır.
Açıb tezcə səhəri
Dolaşıram şəhəri,
Dolaşıram mən yetim.
Zibilliklər iş yerim,
Hell yığıram və Bizon.
Dincəlməyə var qazon.
Yuyulur yağış altda
Əynimdəki pal-paltar.
İsinmək üçün yüz qram
Marozda gərək vuram.
Bəlkə də bu şəhərdə
Mənəm ən azad adam.
Əslində biz hamımız,
Dünyada, kainatda
Yalqızıq, yalqız, yalqız.

DƏLİ

Gəzirəm mən havalı,
Əyri-üyrü, dal-dalı.
Bu filmdə baş roldayam,
Günəşləşən bir ayam.
Sərçə civiltisində,
Avtobus nömrəsində
Tuturam dərin məna.
Çevrilmişəm cünuna.
Vitrinlərdə olub əks
Kölgəmlə edirəm rəqs.
Danışıram özümlə
Çıxarmadan heç bir səs.
Uzağa səsləyir yol,
Dörd əlim var, beşi sol.
Başım topdur yupyumru,
Göylərə vurmuşam qol.

SATICI

Bütün günü kassada
Görürəm min cür klient.
Satıram Sobranie, Kent.
Həyatım axıb gedir
Sanki ucuz kinolent.
Əlimdən çox pul keçir,
Maaşım qəpik-quruş.
Yediyim pendir-çörək
İnanın ki, olmur nuş.
Dövran belə dövrandı,
Adı da kapitalizm.
Zəbt olunub ruhumuz,
Zəbt olunub həm də cism.
Hara qaçıram qaçım
Hər tərəfdə var kassa,
Hər tərəfdə var növbə.
Sanki axirət üçün
İnsanlar edir tövbə,
Pul ilə yuyur günah.
Kassa – yeni qibləgah.

BAR QIZI

Bar qızıyam, bar qızı,
Əntiqədir yambızım,
Yanvar vurur və fevral
(Qar qızıyam, qar qızı)
Təmiz maldır, natural.
Vaginal, oral, anal –
Bunlar vardı menyuda.
Bərk acmısan? Gəl buda.
Söhbət etmək? Var bu da.
Nəyin var boşalt mənə,
Psixoloq olum sənə,
Tezcə çatım dadına.
Skorı pomoş qadınam.
Saatım əlli manat.
Əllə məni, sonra at.
Bir də salma yadına.
Görürsən necə rahat?

NARKUŞA

Ömrümü qurban verdim
Ota-mota, patıya.
Şlanq kimi damarlarım
Bu gün-sabah partlayar.
Düşmüşəm də xataya.
Aldandım “şirin bala”,
Başıma gəldi bəla.

Lap əvvəl, təzə-təzə
Alırdım moşnı ləzzət,
Tuturdum moşnı prixod.
Sonra öyrəşdi beyin,
Açılmayır heç keyi.
Bədənim edir tryaxat.
İndi vurmuram kayfa,
Təki olmasın lomka.
Qırılır bizim tayfa
Ağrıdan düşüb şoka,
Ya da ki peredozdan,
Bir də gördün ki, yoxsan.

Evdəki əşyaları
Dəyər-dəyməzə satdım,
Qohumlara pul atdım,
Apardım barıqaya.
O da sanki sərt qaya,
Borca buraxmır kakos.
Onu necə edim spros?
Damara soxuram şpris,
Tutacaq məni polis.
Barıqasa yeyir plov
Olsa da bu zapadlo.