İlkin Rüstəmzadədən yeni kitab: “Yoldaş”

İlkin Rüstəmzadədən yeni kitab:   “Yoldaş”

13 İyun 2022 09:39 463


Gənc yazar İlkin Rüstəmzadənin "Heykəl məhbusu" kimi tanınan Bayram Məmmədova həsr etdiyi kitab çap olunub.

“Qanun” Nəşrlər Evində işıq üzü görən kitab “Yoldaş” adlanır. Memuar janrının maraqlı örnəklərindən olan kitabda müəllif həbsxanada Bayramla birlikdə olduqları dövrdən, elmi-siyasi-fəlsəfi mübahisələrindən və Bayramın İstanbulda müəmmalı ölümündən yazıb.

Xatırladaq ki, İlkinin bundan öncə nəşr edilən “Qaranlığın hekayəsi” kitabı geniş oxucu marağı qazanmış və bir neçə xarici ölkədə çap olunmuşdu. “Yoldaş” kitabı bir növ həmin kitabın davamıdır. Daha doğrusu, müəllif burada mərkəzə Bayram Məmmədovu qoyub və onun haqqında geniş, müfəssəl, duyğu dolu məqamları qələmə alıb.

Bu kitabın da maraqla qarşılanacağı şübhəsizdir.