Mədəniyyət Nazirliyinin kitab qadağası - Naşir etiraz etdi...

Mədəniyyət Nazirliyinin kitab qadağası   - Naşir etiraz etdi...

06 Noyabr 2023 15:36 257


"Təkərli kitab dükanı"nı Bakı Beynəlxalq Kitab sərgisində təqdimatını etmək istəyirik, Mədəniyyət Nazirliyi icazə vermir” bu sözləri “Qanun” Nəşrlər Evi rəhbəri Şahbza Xuduoğlu öz facebook hesabında yazıb.

O, daha sonra əlavə edib:

"Təkərli kitab dükanı" sosial layihədir, öz hesabımıza başa gəlib. Kənar bir qəpik dəstək olmayıb. Oxucuların təşəkkürü, uşaqların sevinən baxışlarından başqa heç kimdən heç nə gözləmirik...

Məqsədimiz regionlara, kəndlərə gedib kitabı təbliğ etməkdir. Bu, Vətənimizə, insanımıza, mədəniyyətimizə və dövlətimizə sevgidən irəli gəlir.

Bakı Beynəlxalq Kitab Sərgisində 74m² yer üçün biz 12 min manat pul ödəmişik. "Təkərli kitab dükanı"nın təqdimatını da salonda yox, həyətdə, parkinq yerində etmək istəyirik.

Amma Mədəniyyət Nazirliyi buna icazə vermir. Bu elə Fatmayidə Mədəniyyət evinin müdirinin davranışına bənzəyir...”