Mübahisə uzun sürdüsə... – Volterdən qızıl kimi kəlamlar

Mübahisə uzun sürdüsə...   – Volterdən qızıl kimi kəlamlar

25 Fevral 2022 15:23 319


YeniYaz.Az dahi Volterdən maraqlı fikirləri təqdim edir.

1.İşin içində pul oldumu, hamı din qardaşına çevriir.
2. İlk hiyləgər ilk ağılsızla tanış olandan dinlər başladı.
3. Bir insanı verdiyi cavablara görə deyil, soruşduğu suallara görə ittiham edin.
4. Həqiqəti axtaranları əl üstündə tutun, amma onu tapanlardan qaçın.
5. Bütün suallara cavab verən insan, şübhəsiz ki, çox cahildir.
6. Düşünməyin ki, pul hər şeyi həll edir, yoxsa pul üçün hər şey edə bilərsiniz.
7. Bir qadın yalnız bircə sirr saxlaya bilir: yaşının sirrini!
8. Mübahisə uzun sürdüsə, hər iki tərəf də haqsızdır.
9. Müqəddəs Roma İmperatorluğu nə müqəddəsdir, nə Romaya bir dəxli var, nə də imperatorluqdur.
10. Bütün vətəndaşlar bərabər səviyyədə güclü ola bilməz, amma bərabər səviyyədə azad ola bilər.
11. Əski çağlar daha əski çağlara deyilən təriflərlə doludur.
12. Bir tığın içindəki qar dənəsi vəziyyətdə özünü günahkar bilməz.
13. Kimin boyunduruğunda yaşadığınızı bilmək istəyirsinizsə, sizə kimi tənqid etmək qadağan edilib, ona baxın.
14. Ağzınızdan çıxan hər sözün doğru olması şərtdir, ancaq hər doğru bildiyinizi söyləmək şərt deyil.
15. Ən məntiqli hərəkət vicdanımıza qarşı getməməkdir.
16. Adam ölümü qadağan edilib, ona görə bütün qatillər cəzalandırılır. Təbii, kütləvi adam öldürüblərsə və cinayətlərini şeypur səsi müşayiət edibsə, başqa.
17. Düşüncə azadlığı ruha həyat verər.
18. Tarixçilər ölüləri əsəbləşdirən dedi-qoduçulardır.
19. Sevginin deyil, özünə sevginin gözü kordur.
20. Anlaşılmazlıq insanlığın ən böyük xəstəliyidir, onun dərmanı isə xeyirxahlıqdır.
21. Ədalətsizlik əvvəl-axır azadlığa gedən yolu açar.
22. Şübhəyə düşmək xoş deyil, amma özünə əminlik gülüncdür.
23. Quş olmaq yalnız uçmaqdan və insanların başına sıçmaqdan ibarət deyildir.
24. Başqa planetlərdə həyat varsa, yer kürəsi kainatın dəlixanasıdır.
25. Güzgü lazımsız icaddır, özünüzü qarşınızda oturanın gözlərindı daha dəqiq görə bilərsiniz.