Sumqayıtda Milli Kitab Sərgisi başlayır

Sumqayıtda Milli Kitab Sərgisi başlayır

07 May 2024 15:22 83


9-12 tarixlərində Sumqayıtda, Əli Kərim adına Poeziya Klubunda VI Milli Kitab Sərgisi keçiriləcək.

YeniYaz.Az xəbər verir ki, sərgidə yerli müstəqil nəşriyyatlar iştirak edəcək.

Sərgidə ziyarətçiləri yüksək endirimlər, maraqlı görüşlər, imza günləri, musiqi nömrələri və saz-söz məclisləri gözləyir.

Sərgi hər gün saat 10-dan axşam saat 20-dək davam edəcək.

Açılış mərasimi mayın 9-u saat 11:00-dadır.