Suyumuz başdan bulandı - Əhməd Oğuzun şeiri

 Suyumuz başdan bulandı   - Əhməd Oğuzun şeiri

09 Yanvar 2022 18:01 266


Suyumuz başdan bulandı,
Kor olsun ,ayrılıqları.
Göz yaşıyla durularsa
Durulsun ,ayrılıqları...

Nə çəkdim bu yaşa kimi
İndi sevmək peşə kimi...
Sal əlindən,şüşə kimi
Qırılsın ,ayrılıqları...

Məni yerimdən oynatdı
Oydu,içimi göynətdi.
Təzədən sevmək öyrətdi,
Var olsun ,ayrılıqları...