Ədəbiyyatın gizli coğrafiyası: “La Qarp - 75”

Ədəbiyyatın gizli coğrafiyası:   “La Qarp - 75”

22:06 34


Cavanşir Yusifli

Olur ki, bəzi hadisələri (elə mətnləri də-!) yerli-dibli unuduruq, çünki yaddaş bir gün yox olacağına görə həm də unutmaq üçündür, yəni, əslində bədii mətn hər zaman çərəyində özünü unutdurub yenidən canlana bilən bir kateqoriyadaır... Bu ikisinin sərhəddində yerləşməklə. Bədii mətn insanın içində sonsuzluq, tükənməzlik yaratmaq, ona çatmaq ehtirasıdır, bilə-bilə ki, buna nail olmaq mümkünsüzdür...

Nə vaxtsa bu fikri yazmışdım, amma onu post-modern estetikaya aid etmək ağlımdan keçməmişdi. Söhbət Vüqar Əmrahın “La Qarp-75” adlı hekayəsindən (https://www.yeniyaz.az/az/vuqar-emrahin-hekayesi-la-qarp-75) gedir. Gerçək, realist tonlu mətnlərdə hər şey “böyük sirrin” açılmasına qədər səliqəli şəkildə şərh edilir. Qəhrəmanın hekayəsinin mahiyyəti açılınca qarşında böyük bir ərazinin uzandığını görürsən. Bu tipli mətnlərdə isə daim gözünə “qırılma nöqtələri”, fraqmentlər sataşır. Bu qırıqları bağlayan nöqtələr mətnin öz içində yox, kənardadır. Hətta bəziləri çox uzaq ərazilərdə yerləşir. Vüqarın hekayəsində bu yaxın-uzaq ünvanları səssiz oxu və müşahidələrinlə bir nöqtəyə cəmləmək istəyəndə ağlından bir şey keçir: bu böyük bir əraziyə atılan “yad mətn parçaları” arasında hansı fraqmenti mərkəzi hala gətirmək olar?

İlkin düşündüyümüz Ələkbər Salahzadənin şeiri oldu: açıl qapım. Hekayədə təkcə qapı yox, pərdə işarəsi də var. Əslində ilk cümlədən sonuncu səsə, ritmə, intonasiyaya qədər mətndən pərdə pərdə dalınca qalxır və heç zaman, həm də səssiz ironiya səbəbindən bu pərdələr gözlərimizdən çəkilmir. Müəllif qapı-pərdə metaforları, özəl işarələi ilə oxucuyla oyun qurur. Bu oyun elə bir tərzdə qurulur ki, real olan həm də gerçək deyil, irrealdır, fantaziya məhsulu olan hansısa nəsnə həm də reallığın, göz deşən reallığın bir parçasıdır. Beləcə ironiya ilə gerçək faktların üz-üzə gəlməsi, yağış damcılarının poəncərə şüşəsindən axışdığı kimi bir-birini itələyir, bir-birinə qovuşur, çulığaşırlar. Mətn bütövlükdə oxucu ilə oyun havasından yarandığı kimi, sonluq da bu hekayədə veriləndən çox-çox fərqli ola bilər. Ona görə bu hekayəni dəyərləndiridiyin zaman “sonluq belə olmamalıydı” deyə bilməzsən. Hekayədə ironiyanın “bulaşdığı” nə varsa böyük və güzəştsiz oyunun bir parçasıdır, təkcə qəhrəman (anti-qəhrəman) Romanın küçələrini gəzib qədim abidələri seyr edərkən ağlına gələn tarixi keçmişimizlə bağlı nə varsa... Düzgün olan, insafla deyilən nə varsa orada iroiniyaya yer yoxdur.

Vüqar həkimdir. Elmi bazası zəngin və genişdir. Rasional düşüncə sahibidir. Digər hekayələrini oxuyanda nə hiss etdim: müəllifə bu mətnləri yazmağa vadar edən onun gündəlik müşahidələridir. Həm də klassik hekayəçilik adına mütaliə etdiyi kitablar. Məsələn Gi dö Mopassanın realist və fantastik hekayələri. Amma bu hekayə fərqlidir. Bu hekayə təkcə müşahidələr əsasında yazılmayıb, bu yaşa qədər dünyada gördüyü nələr varsa, onları minlərlə əşyanın “qəlbində” arayıb, tapdıqlarını bir mətnin içinə köçürüb, bu laboratoriyada insanın içinə işıq tutan sözlərin yardımı ilə bricə işarə hasilə gəlib. Bədii mətn insanın içindəki tükənməzlik mənbəyini tapdıqda yaranır. Bunun başqa bir yoxlu yoxdur!

Müəllif müxtəlif yaxın-uzaq mənbələrdən kollaj prinsipi ilə parçaları “pinest”lə götürüb onları estetik planda dəyərləndirib.

Hekayədə əsas mqam və nöqtələr, istinadlar hansılardır. Hekayənin adındakı və içindəki “La Qarp-75” ünvanı Aleksandr Dsümanın “Üç müşketyor” romanına istinaddır. Həm də Bukinhem hersoqu ilə Avstriyalı Annanın gizli görüş yeri. Avantürist roman mətninə parodiya və istinad. Mətndən məqsəd nədir? Ciddi-cəhdlə, tam ciddi şəkildə və tonda reallığın sərhəd və konturlarını cızmaq və sonda onu silmək, mətndən kənara başqa mətnlərin üzərinə səyahət etmək, ədəbiyyatın tarixə və coğrafiyaya, onların da ədəbiyyata dönüşü. Müəllif sənə reallığı göstərir, sanki yuxudasan, səni oyadıb reallıq budur deyir. Sonra onu aradan götürür ki, sən onu ağlında bərpa etməyə çalışasan və müəllifin göstərdiyindən fərqli dünyanın sərhədlərinə keçə biləsən. İstinadlar və pastijlər vasitəsi ilə mətndə semantik ərazi daim genişlənir. Vüktor Hüqonun “Notr-Dam kafedralı” romanının personajının otel işçisinin simasında xatırlanması və sair.

Hekayədə səyahət janrının absurdlaşdırılması ilə rastlaşırıq.

Nəticədə, Vüqar Əmrah bu hekayədə klassik səyahət təəssüfatını postmodern oyun elementləri, intertekstual keçidlər və incə ironiya ilə birləşdirərək oxucuya gerçəkliklə uydurmanın bir-birinə qarışdığı estetik mətn təqdim edir.

Hekayədə hər bir detal, işarə, əşya təsadüfən ağla gələndir, yaxud təsadüfən xatırlanan nəsnədir. Ancaq bu təsadüflər havadan asılı qalmır, başqa bir detalın və səhnənin güzgüsündə özünün yerini tutur, sənə söylənən fikrin, ideya və mənzərənin dağılmasında yardımçı olur. Dördüncü mərtəbədə personaj dostu Əlini düşünərkən qarşı binaya göz gəzdirir. Eyni mərtəbədə əynində paltar-filan olmayan qız görünür. Telefonla danışır. Onu görən kimi sifətini turşudub prədəni çəkir. Pərdə metaforası beləcə “ətə-ana dolur”. Əsas hadisə sarı mişovulun çəkdiyi, özü də sona qədər çəkdiyi pərdədir, bu səhnədə bütün dünya görünür. Bir də şəxsən mən hekayənin sonunda Əlinin danışdığı lətifəni xatırladım...