Dünya şöhrətli yazıçı Con Boyn Bakıya gəlir.
O, 2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 10-cu Beynəlxalq Kitab Sərgisinin fəxri qonağıdır.
Qanun Nəşriyyatının dəvəti ilə ölkəmizə təşrif buyuran yazıçı kitabsevərlərlə görüşəcək, öz əsərlərini imzalayacaq.
Xatırladaq ki, Con Boyn "Pijamalı oğlan" əsəri ilə bütün dünyada məşhurdur.
Kitab Azərbaycan dilində də nəşr olunub.