"Romeo və Cülyetta" muzeyində - Şahbaz Xuduoğlu yazır...

"Romeo və Cülyetta" muzeyində  - Şahbaz Xuduoğlu yazır...

07 Martt 2023 13:22 233


Bolonya Uşaq Kitab Sərgisi Veronada Cülyettanın Qəsrinə getmək üçün bir bəhanə oldu.

Kapello ailəsinə məxsus olan bu bina 1300 cü illərdə tikilib.

1905-ci ildə bələdiyyə alıb "Romeo və Cülyetta" muzeyi edib.

1935-45-ci illərdə isə məşhur “Cülyettanın Balkonu” binaya əlavə olunur.

Şekspir "Romeo və Cülyetta" faciəsini olmuş hadisənin motivləri əsasında yazıbmış. Başqa bir versiyaya görə oxuduğu əfsanədən təsirlənib.

Və heç özü də İtaliyada olmayıb.

Amma elə sönməz eşq ulduzu yaradıb ki, hər yandan görünür.

Öz sevgisinə qovuşmaq arzusu ilə minlərlə insan bura gəlir, gələ bilməyənlər isə Çülyettanın adresinə məktublar yazır.

Hər il bu malikanədə Romeo Cülyetta tamaşası oynanılır.

Cülyetta balkona çıxıb ürəyini açarkən Romeo onu eşidir.

C ü l y e t t a.
Qaranlıq gecədə gizli sirrimdən
Ey xəbərdar olan, söylə, sən kimsən?

C ü l y e t t a.
Bura necə gəldin, nə üçün gəldin?
Hündürdür, möhkəmdir bağın hasarı.
Qəflətən rast gəlsən qohumlarıma,
Ölüm olacaqdır burda qismətin.

R o m e o.
Uçdum eşqin zərif qanadlarıyla,
Eşqi daş divarlar saxlaya bilməz.
Hər şeyə qadirdir ülvi məhəbbət,
Mənə qohumların nə edə bilər?

C ü l y e t t a. Səni görən kimi öldürəcəklər