30-cu illər rus andeqraundunun parlaq siması Daniil Xarmsın kitabı çap olunub.
Tərcüməçi Həmid Piriyevin dilimizə çevirdiyi kitabda "Qarı" povesti, "Hadisələr" silsiləsi və iki hekayə yer alıb.
Mütəxəssislər "Qarı" povestini Dostoyevskinin “Cinayət və cəza” romanına parodiya kimi qiymətləndirirlər. Povest müəllifin yeganə irihəcmli əsəridir. Müəyyən mənada avtobioqrafikdir: əsər yaza bilməyən yazıçı və qucağında əqrəbsiz saat gəzdirən qarı haqqındadır.
“Hadisələr” silsiləsi otuzuncu illərdə qələmə alınan otuz bir qısa hekayə və səhnəcikdən ibarətdir.
Kitabda daha iki hekayə oxuculara təqdim olunur.
Bu, müəllifin Azərbaycan dilində ilk kitabıdır.