Tanınmış türkiyəli yazıçı Bakıya gəlib - Yenilənib

Tanınmış türkiyəli yazıçı Bakıya gəlib   - Yenilənib

31 May 2023 10:34 207


Tanınmış türkiyəli yazıçı və şair Ahmet Ümit Bakıya gəlib.

O bu gün saat 16-da İçərişəhərdə keçirilən V Milli Kitab Sərgisində iştirak edəcək və və “İstanbul xatirəsi”, “Patasana” və “Sirlər qapısı” kitablarını oxucular üçün imzalayacaq.

Xatırladaq ki, V Milli Kitab Sərgisi 27 may – 4 iyun tarixlərində keçirilir.

Sərgi hər gün səhər saat 09.00-dan 20.00-dək fəaliyyət göstərir.

Sərgiyə giriş sərbəstdir.


24 may 2023

Tanınmış türkiyəli yazıçı və şair Ahmet Ümit Bakıya gəlir.

O, V Milli Kitab Sərgisində iştirak etmək üçün paytaxtımıza təşrif buyurur.

Ahmet Ümit sərgidə oxucuları ilə görüşəcək və “İstanbul xatirəsi”, “Patasana” və “Sirlər qapısı” kitablarını oxucular üçün imzalayacaq.

Görüşün vaxtı tezliklə açıqlanacaq.

Qaçırmayın!

Xatırladaq ki, V Milli Kitab Sərgisi 27 may – 4 iyun tarixlərində İçərişəhərdə keçiriləcək

Sərgi hər gün səhər saat 09.00-dan 20.00-dək fəaliyyət göstərəcək!

Sərgiyə giriş sərbəstdir.