20 yerə 2200 film təqdim olunub

20 yerə 2200 film təqdim olunub

14 Aprelel 2022 16:14 298


75-ci Kann Film Festivalı cari il mayın 17-dən 28-dək keçiriləcək.

Festivalın əsas nümayəndəsi Tyeri Fremo Kann Film Festivalının 75-ci yubileyinin xüsusi pandemiya, Ukraynadakı müharibə, dəyişmiş və yenidən dəyişəcək dünya şəraitində baş tutacağını bildirib. AZƏRTAC xəbər verir ki, bu il Kann Festivalına 2200-dən çox film təqdim olunub. Onlardan yalnız 20-si “Qızıl Palma” mükafatına namizəd seçiləcək.

Qeyd edək ki, 2014-cü ildən Kann Film Festivalının prezidenti 76 yaşlı Pyer Lekur (Pierre Lescure) üçün bu sonuncu festivaldır. Onu beynəlxalq profilə malik hüquqşünas və kinoda uzunmüddətli karyerası olan İris Nobloçun (İris Knobloch) əvəz edəcəyi qeyd edilib.

Eyni zamanda, bu il Kann Film Festivalı tarixi yayım tərəfdaşı olan “Canal+” televiziya kanalı ilə tərəfdaşlığı France Televisions-Brut-Tik-Tok komandası ilə əvəz etməklə, mediada və Fransa hüdudlarından kənarda sosial şəbəkələrdə əhatə dairəsini gücləndirmək niyyətindədir.

Bildirilib ki, Kann Film Festivalının münsiflər heyətinin adları yaxın günlərdə açıqlanacaq.