Azərbaycanlı teatrşünas vəfat edib

 Azərbaycanlı teatrşünas vəfat edib

28 Yanvar 2022 12:03 280

Tanınmış teatrşünas Şaiq Səfərov 67 yaşında dünyasını dəyişib.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, Şaiq Səfərov müxtəlif illərdə Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii hissəsinin müdiri, həmçinin Mədəniyyət Nazirliyində sektor müdiri vəzifələrində çalışmışdır.

Şaiq Səfərov Xalq artisti Şükufə Yusupovanın həyat yoldaşı idi.

Allah rəhmət eləsin.