Bəzən haqq qazanır insan öləndə - Günün şeiri

Bəzən haqq qazanır insan öləndə   - Günün şeiri

18 Martt 2022 14:01 1996


Bu gün görkəmli Azərbaycan şairi Əli Kərimin doğum günüdür. YeniYaz.Az bu münasibətlə şairin “Bəzən haqq qazanır insan öləndə” şeirini təqdim edir.

Bəzən haqq qazanır insan öləndə,
hətta unudulur ağır günahı.
Hamıya dərd olur cavan getməyi,
az gəzib, az görüb, az yaşamağı…

Deyirlər: "Bilsəydik, ayıq olardıq,
onu qoyardıqmı heç gözdən iraq?
Hər bir dərdinə də çarə tapardıq,
nə bilək o belə az yaşayacaq?”

Eh! Bu gün nə qədər xəyala daldım,
Eh! Qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?