Bir qadını necə sevməli? - Yeni şeir

Bir qadını necə sevməli?   - Yeni şeir

28 Fevral 2022 15:05 566


Bir qadını necə sevməli?

Aylin Vays

Susuz səhrada vadi tapan yolçu kimi
Dodaqların suya dayarcasına
Qüruruna meydan oxuyub
Tabe olurcasına
Əyil bir qadının önündə

Onun bədəninin qoxusunu hiss elə
Sənə həyat verən anandan əzizdi o, etiraf elə
Təkcə bu qadın sındıra bildi səni
Təkcə bu qadın səni özünə tabe edə bildi

Daha çox içdikcə, daha çox susayırsan
Çünki səni təşnə edən ehtirasdır
Çünki bitib savaşın
Onun dodaqları daha yaxın
Sənin iradən isə daha zəif
İndi ən vacib məsələ
O qarşı addımı atmaqdı...

İpək kimi zərif amma məkrlidir onun dərisi
O incə barmaqlar sənin onsuz da yaralı qəlbini
parçalamağa hazır

Onun gözlərinə baxanda
Qorqona görmüş tək donub qalarsan
Amma bir halda ki, sən
Layiqsən ilahə sevgisinə
Lap savaşçı olmasan da
O göndərəcək sənə
Öz xeyir-duasını...

Qeyd: Şeir Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı dərsləri laboratoriyası” layihəsi çərçivəsində yazılıb