Bir yara var, yarar, yarar ürəkləri – Günün şeiri

Bir yara var, yarar, yarar ürəkləri   – Günün şeiri

26 Fevral 2022 14:36 671


O Fevralda
Həyat Şəmi


Bir yara var, yarar, yarar ürəkləri,
Fidan-fidan körpələrin
qan rəngində bələkləri
O fevralda...

Bir acı gəldi o gecə - o fevralda
Dünyanı səssizə aldı...
Gecənin səsi batdı,
İnsanların qanı...

O fevral var -
gecələri qan üstündə,
Neçə-neçə günahsızlıq
O gecədən
Can daşıdı can üstündə...

Neçə körpə buz heykələ dönub qaldı,
Neçə qoca çonağıyla donub qaldı...

O fevral var
30 ildir bizdə yaşar
acısıyla...
Dünyaya gözünü yuman anasıyla, bacısıyla...

Bir şəhər var -
Qırıldı budağı-dalı...
Dünyanı sorğuya çəkdik -
kim çəkdi bu dağı?
Bir şəhər var qanlıdır fevralı
- Xocalı...