“Çeburaşka”nın yaradıcısı vəfat etdi

“Çeburaşka”nın yaradıcısı vəfat etdi

31 Yanvar 2022 09:57 282


“Çeburaşka” cizgi filminin yaradılmasında yaxından iştirak edən rejissor və animator Maya Buzinova 93 yaşında vəfat edib.

Bu barədə bazar günü “Soyuzmultfilm” kinostudiyasının baş redaktoru Sergey Kapkov məlumat verib.

O, “Facebook” səhifəsində məhz Buzinovanın “Çeburaşka”ya həyat verdiyini yazıb.

Qeyd edək ki, karikaturaçı rəssam olan Maya Buzinova uzun illər SSRİ dövlət teleradiosunun “Ekran” istehsalat birliyində çalışıb və bir çox məşhur cizgi filmlərinin yaradılmasında iştirak edib.