Dəli adam – Günün şeiri

Dəli adam   – Günün şeiri

18 Yanvar 2022 10:26 853


Bu gün tanınmış yazıçı-şair Pərviz Cəbrayılın doğum günüdür. YeniYaz.az yazıçını təbrik edir və onun “Dəli adam” şeirni oxucuların diqqətinə çatdırır.

Bir il də basdırdın getdi,
Bu gün çıxır ili, adam!
Sənə ömürlük iş düşür,
Ay illər qatili adam.

Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan,
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam…

İtər, əriyər içində,
susar, kiriyər içində,
ölər çürüyər içində…
yenə də nəşəli adam.

Çatır ixtiyar yaşına,
çaşıb qalırsan işinə:
ağ tük çıxammır başına
qat-qat, mərtəbəli adam.

Bu dünyası soyuq məzar,
“soyuq məzar”dan kim bezar?
Durub, bir də şeir yazar
məzardakı ölü adam?
Dəli adam…
Dəli adam…