Dünya şöhrətli tarixi roman Azərbaycan dilində

Dünya şöhrətli tarixi roman  Azərbaycan dilində

18 Martt 2022 16:21 253


Şotlandiyalı yazar Ken Follettin “Dünyanın dayaqları” tarixi romanı Azərbaycan dilində nəşr olunub.

YeniYaz.Az xəbər verir ki, “Qanun” Nəşrlər Evində çap olunan kitab İngiltərənin müəllif tərəfindən uydurulmuş Kinqzbric adlı şəhərində kafedral kilsə tikintisindən bəhs edir.

İlk dəfə 1989-cu ildə dərc olunan əsərdə hadisələr 12-ci yüzillikdə baş verir. “Ağ gəmi”nin batması nəticəsində İngiltərə taxt-tacının varisi Tomas Beketin ölümüylə başlayır, ancaq diqqət daha çox anarxiya üzərində cəmləşdirilir. Romanda əski Romanesk memarlığından Qotik memarlığına keçid mərhələsi təsvir olunur və dövrün qanla, savaşla dolu tarixi hadisələri fonunda Kinqzbricin bəxti gətirmiş olur: nəhəng kilsə tikintisi bu şəhərə çoxlu insan cəlb edir.

Oxucu bütün əsər boyu yoxsul bənnanın iş tapmaq üçün öz ailəsiylə birlikdə çıxdığı ağır səyahəti, yolda başına gələn macəraları və nəhayət, kiçik Kinqzbric qəsəbəsində məskən salaraq, nəhəng kilsənin tikintisində iştirakını izləyir. Yoxsulların ağır, məşəqqətli həyatı, onların fonunda qrafların və yüksək titullar daşıyan din xadimlərinin var-dövlət uğrunda apardığı intriqalar, ixtilaflar oxucunu əsərin sonuna kimi həyəcanda saxlayır.

Kitabın ingilis dilindən tərcüməçisi Fərhad Yalquzaq, redaktoru Məqsəd Nurdur.