Filmimiz və aktyorlarımız Almaniyada – 15 şəhərdə, 20 kinoteatrda premyera

Filmimiz və aktyorlarımız Almaniyada   – 15 şəhərdə, 20 kinoteatrda premyera

14 Fevral 2022 09:42 598


Rejissor Elmar İmanovun “Mövsümün sonu” tammetrajlı bədii filmi Almaniyanın Köln şəhərində nümayiş olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqından YeniYaz.Az-a verilən xəbərə görə, filmin Almaniyadakı təqdimatına Mədəniyyət Nazirliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə aktyor heyəti – Zülfiyyə Qurbanova, Rasim Cəfər, Mirmövsüm Mirzəzadə də qatılıb.

Bu barədə Əməkdar artist Rasim Cəfər təəssüratını bölüşüb: “Nümayişdən sonra tamaşaçılar film haqqında fikirlərini bölüşüblər. Bu, Azərbaycan kinosunu təmsil edən bir aktyor kimi məni həm sevindirdi, həm qürurlandırdı”.

Filmin Almaniyanın 15 şəhərində, 20-dən artıq kinoteatrında nümayişi gözlənilir.

Xatırladaq ki, “Mövsümün sonu” rejissor Elmar İmanovun ilk tammetrajlı bədii filmidir.

Filmin ilk təqdimatı 2019-cu ilin fevralında Rotterdam kinofestivalı çərçivəsində keçirilib. Film “Parlaq gələcək” müsabiqəsində iştirak edib və mükafat qazanıb.

2019-cu ilin iyununda “Mövsümün sonu” “Zerkalo” Beynəlxalq Kinofestivalının əsas müsabiqəsinə daxil olub, nəticədə “Nadir müəllif baxışına görə” və “Səs” gənc tənqidçilərin münsiflər heyətinin mükafatlarına layiq görülüb.