Hamıya lazım olan kitab - O, nədən bəhs edir?

Hamıya lazım olan kitab   - O, nədən bəhs edir?

17 Yanvar 2022 10:33 288

Yunan mifləri və əfsanələri qədər dünya mədəniyyəti təsirləndirən bir mənbə tapmaq yəqin ki, çox çətindir.

Dünyanın hər yerində ədəbiyyata-sənətə dair tədris proqramlarında məhz yunan mif və əfsanələrinin oxunması şiddətlə tövsiyə olunur.

Bəs bizim tələbələr və gənc yazarlar, ümumən ədəbiyyatla, sənətlə, qədim mətnlərlə maraqlananlar üçün doğma dilimizdə belə bir mənbə varmı?

Artıq var.

“Qanun” Nəşrlər Evində çap olunan Nikolay Kunun “Qədim yunan mifləri və əfsanələri” belə bir dəyərli kitabdır.

Kitab böyük bir xəzinəni mümkün qədər yığcam şəkildə əhatə etməsi ilə diqqət çəkir.

Mövzulara uyğun verilən foto və illüstrasiyalar, şəkilaltı yazılar və izahatlar onu həm də zəngin elmi mənbəyə çevirir.

Oxucular birinci hissədə qədim yunan allahları və qəhrəmanları ilə tanış olurlar. Biz zaman-zaman o obrazların adı ilə həm müxtəlif janrlı kitablarda, həm filmlərdə, həm tamaşalarda, həm rəssamlıq və heykəltəraşlıqda, həm müxtəlif biznes müəssisələri, qurum, təşkilat və dünyanın məşhur şəhərlərinin adlarında – bir sözlə həyatın bütün sahələrində rastlaşırıq.

İkinci hissə qədim yunan eposundan bəhs edir. Burada biz Homerin məlum poemalarından bildiyimiz Troya müharibəsi və Odissey əhvalatını, eyni zamanda bilmədiyimiz başqa əfsanələri yığcam şəkildə oxumaq imkanı qazanırıq.

Kitabın tərcüməçiləri Oqtay Səmədov, Əzizə İsmayılova, Turac Teyyubqızı, Jalə İsmayılova, Rəşad Abbaszadə, Gözəl Binyatova, Samirə İsmayılova və Fidan Allahverdiyeva, öns zöünü müəllifləri isə Kamal Abdulla və Rəhman Bədəlovdur.