Harda gecələyim bəs, ayrılığın ucundan – Günün şeiri

Harda gecələyim bəs, ayrılığın ucundan   – Günün şeiri

14 Martt 2022 09:43 303


Bu gün şair-yazıçı Qurban Yaquboğlunun doğum gündür. YeniYaz.Az Qurban bəyi təbrik edir və onun “Məktub” şeirini oxucuların diqqətinə çatdırır.

Əllərim də çatmır ki,
Öpsün qara saçından.
Harda gecələyim bəs
Ayrılığın ucundan.

Ağrılı ahlar kimi
Günlər axır irəli.
Səndən məktublar gəlir,
Atmamısan, deməli.

Ora yağsa qar-yağış
Neynərəm sözlərimlə.
Baxaram uzaqlara
Kədərli gözlərimlə.

Neynəyərəm görəsən,
Dilin desə sevmirəm.
Bu sevgidi,
Sevgidə
Unudulan bədbəxtdi,
Unudanı bilmirəm...