Yazıçı İlham Əzizin “Şimşəkdən sonra” adlı hekayələr kitabı nəşr olunub.
YeniYaz.Az xəbər verir ki, “Qanun” Nəşrlər Evində çap olunan kitabın təqdimatı aprelin 16-ı, saat 15-də “Libraff” kitab mağazasında (Elmlər Akademiyası metrosunun əsas çıxışı ilə üzbəüz) baş tutacaq.
“Şimşəkdən sonra” hekayələr toplusu müəllifin ilk kitabıdır. Kitabda İlham Əzizin yaradıcılığında fərqlənən 10 hekayə yer alıb. Kitabın redaktoru Sərdar Amin, korrektoru Nadir Yalçındır. Rəsmlər isə Aynur Aydına məxsusdur.