İlqar Aydının şeiri: Müharibə

İlqar Aydının şeiri:   Müharibə

15 Fevral 2022 09:00 606


Müharibə heç kimi sevmir,
Tanımır qadın, uşaq...
Vicdan nədir, bilmədən
Döyür qapıları "taqqataq"!

O qanlı qarətçi, insan ömrünü
Məhv edir, dağıdır, viranə qoyur...
Nə gölləri sevir, nə də göyləri,
Gözünü ancaq qanlar doyurur!

Dağılır hər yana əsgər bədəni
Qanlı ayağında güllə qəlpəsi,
Dağılmış əlində partlama izi,
Qanla sağalır onun yarası,

Müharibə başların içində,
O döyüşçüləri dəli edir.
Onlardan biri, xəndək qazmaqda...
Digəri dinc evləri yandırır.

Müharibələr xain yaradır,
Özü üçün şöhrət qazanır.
Hərbi simalarından çox,
Başqaları vurulmalı...

O günləri heç yaşamadıq,
Mühakimə etməkdə azadıq.
Ümid edirəm, bir daha heç vaxt,
Müharibəyə dəstək olmarıq...