“Master və Marqarita” tamaşası Bakıda nümayiş olunub

“Master və Marqarita” tamaşası   Bakıda nümayiş olunub

21 Fevral 2022 09:10 274


Moskvanın tanınmış “Ogni Moskva” teatrı Heydər Əliyev Sarayının səhnəsində rus yazıçısı və dramaturqu Mixail Bulqakovun eyniadlı əsəri əsasında hazırlanmış “Master və Marqarita” tamaşasını təqdim edib.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın rejissoru Valeriy Belyakoviç olub.

Rus aktyorlar İvar Kalninş və Olga Kabo “Master və Marqarita” mistik romanının qəhrəmanlarının obrazlarında, Bakı tamaşaçıları qarşısına çıxıblar.