Müğənniyə görə matəm elan olundu: İki gün

Müğənniyə görə matəm elan olundu:  İki gün

07 Fevral 2022 12:11 337


Hindistanda iki gün matəm elan olunub.

YeniYaz.az xəbər verir ki, buna səbəb məşhur müğənni, Bollivud filmlərində minlərlə mahnının ifaçısı Lata Manqeşkarın vəfatıdır.

Müğənni 92 yaşında koronavirusdan vəfat edib.

Lata Manqeşkar bir çox məşhur hind filmlərində ifa etdiyi mahnılar ilə tanınır. Bu mahnılar arasında "Haan Ji Haan Maine Sharaab" (Zita v Gita), "Haa Jab Tak Hai Jaan" (Qisas və qanun), "Qayamat" (Əlibaba və 40 quldur) və başqaları vardı.

Son filmdə "Xatuba"nı isə bacısı Aşa Bhosle ifa edir.