Müstəqil Teatrlar Festivalı keçiriləcək - Azərbaycanda ilk dəfə

Müstəqil Teatrlar Festivalı keçiriləcək   - Azərbaycanda ilk dəfə

28 Fevral 2022 09:15 320


2-6 mart tarixlərində Azərbaycanda ilk dəfə olaraq I Müstəqil Teatrlar Festivalı keçiriləcək.

YeniYaz.Az-ın verdiyi xəbərə görə, “Teatr Baharı” adlanan tədbir Mədəniyyət Nazirliyi nəzdində İctimai Şuranın təşəbbüsü, Qanun Nəşrlər Evi və bakupost.az saytının dəstəyi ilə keçirilir.

Festivalda tamaşalar göstəriləcək, tamaşaların müzakirəsi aparılacaq, panellər təşkil ediləcək, maraqlı görüşlər olacaq.

İki məkanda - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı və Şah Mat Teatrında keçiriləcək festivalda 17-dək müstəqil teatr iştirak edəcək.

Festivalın afişasını təqdim edirik