Nərimanov parkında kitab sərgisi keçiriləcək

Nərimanov parkında kitab sərgisi keçiriləcək

03 İyun 2022 09:18 501


İyunun 4-5-də (şənbə-bazar) Nərimanov parkında Qanun Nəşrlər Evinin kitab sərgisi keçiriləcək.

Sərgidə nəşriyyatın bütün kitablarını 30 faiz endirimlə əldə edə biləcəksiniz.

Tədbir çərçivəsində tanınmış müəlliflərdən Səhər Əhməd, İlham Qəhrəman, Aqşin Yenisey, Ayxan Ayvaz, Həcər Paşayeva, Elvin İntiqamoğlu və başqalarının imza günləri də nəzərdə tutulur.

Maraqlananlar dəvətlidir.